Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

COP29 Məlumat Mərkəzində Ətraf Mühitin Mühafizəsi Kontekstində Qida və Qastronomiya Trendləri üzrə Görüş Keçirildi

7/29/20241 min read

COP29 Məlumat Mərkəzində “EkoSfera” Sosial Ekoloji Mərkəzinin təşkilatçılığı və təşkilatın rəhbəri Firuzə Sultanzadənin moderatorluğu ilə qida və qastronomiya sahəsində ətraf mühitin mühafizəsi konteksində trendlər mövzusunda görüş keçirildi.

Tədbir, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının idarə heyətinin sədri Emin Dostiyari (AQİSA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanov, Milli Kulinariya Mərkəzinin Baş Direktoru Ceyran Əsgərova və digər qonaqların iştirakı ilə baş tutdu.

Görüşdə, COP29 zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi, iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair tələblərə riayət olunmasının zəruriliyi vurğulandı.

Tədbirin trend sessiyasında qeyd olundu ki, ətraf mühitin qorunmasını nəzərə alaraq, qidaların hazırlanmasında innovativ texnologiyalardan istifadə olunmalıdır. Qida məhsulları ilə təmasda olan bütün avadanlıqların çirklənmə halları baş verə bilər, belə alət və avadanlıqların təmiz saxlanılmasının və dezinfeksiya edilməsinin zəruriliyi vurğulandı.