Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Dekabrın 17-də “Gülüstan” keçirilən “Gömrük-Biznes Forumu 2024” Forumda AQİSA İdarə Heyətinin Sədridə iştirak edib

12/19/20242 min read

Dekabrın 17-də “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və “bp” şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib. Forumda AQİSA İdarə Heyətinin Sədridə iştirak edib.

Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son illərdə gömrük sistemində aparılan çoxşaxəli islahatlardan bəhs edib, bu istiqamətdə əldə olunan müsbət təcrübənin, rəqəmsallaşmanın ölkəmizin iqtisadi mühitinin, sahibkarlığın inkişafına, dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın daha da gücləndirilməsinə, Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan, 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri”, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq “İkipilləli Buraxılış Sistemi” və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmənin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan “İlkin Məlumatlandırma Sistemi” layihələrinin təqdimatı keçirilib.