Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Dövlət Vergi Xidməti və AQİSA arasında hər il olduğu kimi bu il də qanunvericiliyə baxış üzrə görüş keçirildi

11/5/20241 min read

Dövlət Vergi Xidməti və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası arasında hər il olduğu kimi bu il də qanunvericiliyə baxış üzrə görüş keçirildi.

Görüş çərçivəsində mövcud ictimai iaşələrə tətbiq olunan 8% dövriyyə vergisi, vergi məcəlləsində ötən il edilən dəyişikliklər və hazırda qüvvədə olan qanunvericiliyin qida və içki sənayesində tətbiqi müzakirə olundu.

Dövlət-sənaye tərəfdaşlığı çərçivəsində ildən-ilə aparılan fikir mübadilələri nəticəsində təkmilləşən vergi qanunvericiliyi, sahibkarların rahat fəaliyyət göstərməsinə və ölkəmizin iqtisadi inkişafına töhfə verir.