Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə Həsr Olunmuş Tədbir Keçirilib
12/27/20231 min read
Dekabrın 27-də Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rəsmi şəxslər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, deputatlar, incəsənət xadimləri və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası idarə heyətinin sədri iştirak ediblər.
Tədbir çərçivəsində “Turan” etno-folklor ansamblı və “Zəfər” muğam ansamblı çıxış edib.
Dəvətləri üçün Aktotı Raimkulova xanıma təşəkkürümüzü bildiririk.