Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib

11/4/20251 min read

Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorları təmsil edən biznes assosiasiyaları ilə görüş keçirilib.

Görüşdə ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının sahibkarlıq fəaliyyətinə təsiri, dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunub.

Ədliyyə naziri Fərid Əhmədov sahibkarların islahat prosesində fəal iştirakının əhəmiyyətini vurğulayıb. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov isə sahibkarlıq mühitinin inkişafı üçün qanunvericilikdə çevik və adekvat dəyişikliklərin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri də iştirak edib və qida sənayesi üzrə mövcud çağırışlar, hüquqi tələblər və inkişaf istiqamətləri ilə bağlı təkliflər səsləndirib.

Tədbir çərçivəsində sahibkarların fikir və təklifləri dinlənilib. Səsləndirilən təkliflərin icrası üçün Ədliyyə Nazirliyi və KOBİA tərəfindən birgə işçi qrupunun yaradılması və məsul şəxslərin müəyyən edilməsi qərara alınıb.