Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
"Eşitdiklərim, oxuduqlarım, gördüklərim" adlı görüş baş tutub
8/4/20231 min read
4 avqust 2023-cü ildə "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) İdarə Heyətinin sədri Emin Dostiyarinin təqdimatında "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" adlı görüş baş tutub.
Görüş çərçivəsində cənab Dostiyari gənclərlə qida sənayesi ilə əlaqədar iş təcrübələrini və səyyah olaraq müşahidə etdiyi məqamları paylaşıb.
Emin Dostiyari, həmçinin, gənclərin qida sənayesi və digər sahələrdə inkişafını və cəmiyyətimiz üçün əhəmiyyətini vurğulayıb. Bu görüş, gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində vacib bir addım kimi qiymətləndirilir.