Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

“Halal Expo” sərgisində AQİSA-nın yeddi üzv şirkəti KOBİA stendində iştirak edib

12/3/20241 min read

27-30 noyabr tarixləri arasında İstanbulda keçirilən “Halal Expo” sərgisində yeddi AQİSA üzvü şirkəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendində iştirak edib. KOBİA-nın sərgidə qurduğu xüsusi stenddə üzvlərimiz öz qida məhsullarını sərgiləyiblər. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendi ziyarət edib.

Tədbirin açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini vurğulayıb. O, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməsinin əhəmiyyətini qeyd edib. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri, həmçinin Agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək mexanizmləri barədə məlumat verib.

Dünyanın ən böyük halal sərgisi olan “Halal Expo”da AQİSA üzvləri öz məhsullarını təqdim ediblər. Ölkəmizdə ixracın güclənməsi və iqtisadiyyatımızın inkişafı üçün AQİSA olaraq hər zaman dövlət-özəl dialoqunda fəal iştirak edir və üzvlərimizin ixrac səylərinə davamlı töhfə verməyə dəvam edirik.