Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
“HSE Awards” mükafatlandırma mərasimi keçirilib
12/19/20251 min read
“HSE Awards” mükafatlandırma mərasimi
“Sənaye Təhlükəsizliyi Zirvəsi” çərçivəsində keçirilən “HSE Awards” mükafatlandırma mərasimi müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ətraf mühit (SƏTƏMM) üzrə əldə olunan mühüm nailiyyətlərin qiymətləndirilməsi və bu istiqamətdə innovativ yanaşmaların təşviqi məqsədilə təşkil olunmuşdur.
Mərasim çərçivəsində dayanıqlı inkişaf prinsiplərinə sadiq qalan, SƏTƏMM sahəsində qabaqcıl təcrübə nümayiş etdirən təşkilat və şəxslər müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır.
“HSE Excellence Project Award” nominasiyası üzrə “SOCAR Downstream Management” MMC, “HSE Innovation Award” nominasiyası üzrə Coca-Cola Eurasia and Middle East, “Workplace Well-being Award” nominasiyası üzrə Baker Hughes, “Social Responsibility Champion Award” nominasiyası üzrə “Paprec Energy Azerbaijan” MMC, “Trust Leadership Award” nominasiyası üzrə isə Azad Əliyev qalib elan olunmuşdur.
Qalibləri səmimi qəlbdən təbrik edir, onların SƏTƏMM sahəsində göstərdikləri nümunəvi fəaliyyətə və davamlı inkişaf istiqamətində verdikləri töhfəyə görə təşəkkürümüzü bildiririk.
