Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İstanbulda Dünya Halal Sammiti Keçirilib: Azərbaycan Şirkətləri Halal Məhsulları ilə İştirak Edib

11/23/20231 min read

23-26 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Dünya Halal Sammiti keçirilib. Tədbir çərçivəsində təşkil olunan “Halal Ekspo” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanın halal istehsalı olan və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının üzvü olan şirkətlərin məhsulları nümayiş olunub.

İstanbula səfər çərçivəsində KOBİA nümayəndə heyəti “Qlobal halal iqtisadiyyata açılan qapı: potensialın üzə çıxarılması” mövzusunda Dünya Halal Sammitində də iştirak edib. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların halal qida və xidmət sektorunun aparıcı qüvvəsi olduğunu qeyd edib, Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə də 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Halal Biznes və Turizm Forumu barəsində məlumat verib. Qeyd olunub ki, gələn il Bakıda keçiriləcək Forum çərçivəsində də halal məhsulların sərgisi təşkil olunacaqdır.