Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İtaliya Ticarət Agentliyinin rəhbərliyi və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri arasında görüş baş tutmuşdur

7/21/20241 min read

19 iyul tarixində, İtaliyanın ölkəmizdəki səfirliyində İtaliya Ticarət Agentliyinin rəhbərliyi və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri arasında görüş baş tutmuşdur. Görüşdə, iki ölkə arasında qida və içki sektorunun ticarət imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı ticarət, tərəfdaşlıq və sənaye əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı iki tərəf arasında ticarət və bilik əlaqələrinin inkişafı da daxil olmaqla bir neçə əsas istiqamətə diqqət yetirilib. İtaliyanın müxtəlif təşkilatları ilə sənaye əməkdaşlığının qurulması, təcrübə və bilik mübadilələrinin həyata keçirilməsi barədə müzakirələr aparılmışdır.

Bundan əlavə, HORECA (Otel, Restoran, Kafe), idxal, ixrac, pərakəndə satış və istehsal kimi bir neçə sektorda əməkdaşlıq imkanları da müzakirə olundu.

Görüşdə, AQİSA üzvləri tərəfindən İtaliyaya baş tutacaq olan işgüzar qastronomi səfəri də müzakirə edildi. İtalyan məhsullarını yerindəcə dequstasiya etmək, oradakı emal müəssisələri və sahibkarlar ilə tanış olmaq fürsətləri barəsində fikir mübadiləsi aparıldı.

İtaliya və Azərbaycanın qida və içki sənayesi arasında ticarəti təkmilləşdirmək, əlaqələri inkişaf etdirmək üçün ortaq tədbirlər keçirilməsi ilə bağlı qərarlar qəbul edilmişdir.