Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
İtalyan Mətbəxi Həftəsi: Ənənəvi Dəyərlər və Aralıq Dənizi Pəhrizi ilə Sağlam Yaşam
12/15/20241 min read
Hər il olduğu kimi, bu il də İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi və ITA - İtaliya Ticarət Agentliyinin birgə təşəbbüsü ilə ərsəyə gətirilmiş “Aralıq Dənizi pəhrizi və köklərinin mətbəxi: Sağlamlıq və Ənənə” mövzusuna həsr olunmuş Dünya İtalyan Mətbəxi Həftəsinin IX buraxılışı təşkil olundu.
İtalyan Mətbəxi Həftəsinin bağlanış mərasimi Michelin ulduzlu aşpaz Andrea Berton və onun komandası tərəfindən təqdim olunan “Cooking Show” adlı tədbirlə başa çatdı. Bağlanışda aşpaz Andrea Berton “Risotto alla Milanese con Ossobuco” yeməyini nümayiş etdirdi. Tədbirdə AQİSA İdarə Heyətinin Sədri də iştirak etdi.
İtalyan Həftəsinin məqsədi İtaliya mətbəxini, onun ənənəvi köklərini, xüsusilə də Aralıq Dənizi pəhrizinin sağlamlığın qorunmasında və sağlam, balanslı, davamlı həyat tərzinin təmin olunmasında oynadığı mühüm rolu vurğulamaqdır.