Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İyulun 26-da “Dark Diamond” Restoranında “Azərbaycanda Vyetnam Günləri” Kulinar Tədbiri: Vyetnamın Milli Yeməkləri, Musiqisi və Çayının Tanıdıldığı Gecə

7/30/20241 min read

İyulun 26-da Bakı şəhərindəki “Dark Diamond” restoranında “Azərbaycanda Vyetnam Günləri” adlı xüsusi kulinariya tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) idarə heyətinin sədri Emin Dostiyari ölkəmizdəki Vyetnam Sahibkarlıq Milli Assosiasiyasının (VINEN) nümayəndə heyətinin dəvətilə iştirak etmişdir. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə və sələfi, Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanov da tədbirdə iştirak etmişdir.

Tədbir çərçivəsində məşhur Vyetnam aşpazları tərəfindən ustad dərsləri keçirilmiş, xüsusi olaraq Vyetnamdan gətirilmiş məhsullardan hazırlanmış milli yeməklərin degustasiyası təşkil olunmuşdur. Qonaqlar Vyetnam və Azərbaycan musiqisindən, rəqslərdən, həmçinin Vyetnam çayının dadından zövq almış və onlara Vyetnam suvenirləri təqdim olunmuşdur. Tədbirin xüsusi qonağı olaraq, Moskvadakı “Don David” restoranının yaradıcısı, beynəlxalq məşhur Azərbaycanlı aşpaz David İsrafilov da bu tədbir üçün xüsusi olaraq Azərbaycana gəlmişdir.