Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

KOBİA və AQİSA arasında əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb

5/16/20231 min read

16 May tarixində – "Caspian Agro" 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və "InterFood Azerbaijan" 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri çərçivəsində Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) arasında əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb. Memorandum KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AQİSA-nın İdarə Heyətinin sədri Emin Dostiyari tərəfindən imzalanıb.

Memoranduma əsasən qida və içki sektorunda fəaliyyət göstərən KOB-ların bilik və bacarıqlarının artırılmasına dəstək üçün maarifləndirmə tədbirlərinin, təlim və məsləhət xidmətlərinin təşkili, KOB subyektlərinin məhsullarının xarici və daxili bazarlarda satışının təşviqi, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, aidiyyəti qanunların hazırlanması və onlara rəy verilməsi, innovativ texnologiyaların sektora cəlb olunması kimi tədbirlər nəzərdə tutulur.

Qeyd etmək istəyirik ki, ölkəmizdəki qida və içki sektorlarının inkişafı və təkmilləşdirilməsi üçün önəmli addımların atılmasında AQİSA ailəsi olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik.