Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

KOBİA yanında ictimai şuranın qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları mövzusunda ictimai müzakirə təşkil olunub

3/14/20241 min read

Martın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura tərəfindən “Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, İctimai Şuranın üzvü olan Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının idarə heyəti sədri, aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və iş adamları iştirak edib.

Görüşdə iştirakçılar sahibkarlıq sahəsində mövcud qanunvericiliyə, bu sahədə aparılan islahatların biznes mühitinə təsirinə və nəzərdə tutulan yeniliklərə dair fikir mübadiləsi aparıblar. Tədbir iştirakçılarının sualları cavablandırılıb və geniş müzakirələr aparılıb.

Tədbirdə, AQİSA idarə heyətinin sədri Milli Məclisin rolu olan məsələlər barədə qanunun tərtib edilməsi və qəbulu zamanı sahəvi assosiasiyaların və sahibkarların prosesdə iştirakının təmin olunması üzrə öz təkliflərini bildirib.