Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

KOBİA yanında İctimai Şuranın yeni tərkibdə təşkil olunan ilk iclası keçirildi

1/10/20251 min read

KOBİA yanında İctimai Şuranın yeni tərkibdə təşkil olunmuş ilk iclasında 2025-ci il üzrə Tədbirlər Planına dair geniş fikir mübadiləsi aparılıb. İclasda şuranın yeni üzvləri, o cümlədən AQİSA İdarə Heyətinin sədri də iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması məqsədilə keçirilmiş seçkilər nəticəsində 15 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi yeni üzv olaraq seçilib.

Görüş zamanı İctimai Şuranın gələcək fəaliyyət istiqamətləri və 2025-ci il üzrə Tədbirlər Planı müzakirə edilib, həmçinin şura üzvlərinin təklifləri dinlənilib.

Daha sonra KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov İctimai Şuranın üzvləri ilə görüşüb. Görüş zamanı AQİSA İdarə Heyətinin sədri ilə qida və inkişaf sənayesində mövcud potensial, sənayeyə verilə biləcək töhfələr, sahibkarlara dəstək mexanizmləri və Agentliklə AQİSA arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.