Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Peynirci Baba şirkətinin vitse-prezidenti və həmtəsisçisi olan Mehmet Keskin ilə səmimi görüş

1/24/20251 min read

Peynirci Baba şirkətinin vitse-prezidenti və təsisçilərindən olan Mehmet Keskin, AQİSA-nın, eləcə də Peynirci Baba Azərbaycan nümayəndəliyinin və rəhbərliyinin qonağı oldu. Görüş zamanı şirkətin Azərbaycan bazarındakı mövqeyi, fəaliyyət göstərən Peynirci Baba şöbələrinin müvəffəqiyyətləri və genişlənmə perspektivləri ətraflı müzakirə olundu. Bununla yanaşı, əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələr və innovativ yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Mehmet Keskin, həmçinin Azərbaycan milli mətbəxinin ləziz təamlarının dadına baxaraq, ölkəmizin zəngin kulinariya ənənələri ilə tanış oldu. Səmimi və işgüzar mühitdə keçən görüş, hər iki tərəf üçün qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım oldu. Görüşün sonunda xatirə şəkli çəkildi.