Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Prezident Administrasiyasının Nümayəndəsi İctimai Şura Üzvləri ilə Görüşdü: COP29 Hazırlıqları və Ətraf Mühitin Mühafizəsi Müzakirə Edildi

1/25/20241 min read

Yanvarın 23-də Prezident Administrasiyasının nümayəndəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə İctimai Şuranın üzvü olan Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının idarə heyətinin sədri də iştirak edib.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib. Görüş zamanı “Yaşıl dünya naminə həmrəylik ili”ndə QHT-lərlə bağlı qarşıda duran vəzifələr, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət funksiyalarının gücləndirilməsi, həmçinin ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 tədbiri ilə əlaqədar müzakirələr aparılıb. Şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb.

Prezident Administrasiyasının nümayəndəsi, ictimai nəzarətin həyata keçirilməsində yenilənmiş Şura üzvlərinə uğurlar arzulayıb. Görüşdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov da iştirak edib.