Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
"Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusunda ictimai müzakirəsi baş tutub
3/13/20241 min read
Martın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın “Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusunda ictimai müzakirəsi baş tutub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin, ictimai Şuranın üzvü olan Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının idarə heyəti sədrinin, aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə sahibkarlıq sahəsində mövcud qanunvericiliyə, bu sahədə aparılan islahatların biznes mühitinə təsirinə və nəzərdə tutulan yeniliklərə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Görüşdə, AQİSA idarə heyətinin sədri Milli Məclisin rolu olan məsələlər barədə qanunun tərtib edilməsi və qəbulu zamanı sahəvi assosiasiyaların və sahibkarların prosesdə iştirakının təmin olunması üzrə öz təkliflərini bildirib.