Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

"Safe Talks" Sənaye Təhlükəsizliyi üzrə Canlı Panel Təcrübəsi

12/18/20251 min read

“Safe Talks” — Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) tərəfindən yaradılmış maarifləndirici podcast platformasıdır.

Platforma sənaye təhlükəsizliyi sahəsində biliklərin paylaşılması və mütəxəssislərin təcrübələrinin təqdim edilməsi məqsədini daşıyır. “Safe Talks” platforması peşəkarların bilik və təcrübəsini geniş auditoriya ilə paylaşmaq, maarifləndirici müzakirələr aparmaq imkanını yaradır.

“Sənaye Təhlükəsizliyi Zirvəsi” çərçivəsində “Safe Talks” ilk dəfə olaraq canlı panel formatında təşkil olunmuş, beynəlxalq və yerli spikerlərin iştirakı ilə sənaye təhlükəsizliyi sahəsində aktual mövzuların müzakirəsinə imkan yaratmışdır. Panel iştirakçıları arasında sahənin tanınmış mütəxəssisləri və sənaye nümayəndələri olmuş, fikir mübadiləsi və təcrübə paylaşımı aparılmışdır. Canlı panel formatı spikerlər və iştirakçılar arasında birbaşa dialoq yaratdı, yeni perspektivlər təqdim etdi və sənaye təhlükəsizliyi sahəsində təcrübə mübadiləsini mümkün etdi.

Tədbirdə iştirak edənlər aktual mövzular haqqında məlumat almaqla yanaşı peşəkar məsləhətlər əldə etdilər və gələcəkdə tətbiq edilə biləcək praktik yanaşmaları öyrəndilər. Bu, “Safe Talks” platformasının əsas məqsədini — sənaye təhlükəsizliyi biliklərini geniş auditoriyaya çatdırmaq və həmin sahədə maarifləndirməni gücləndirməyi uğurla reallaşdırdı.