Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Sahilyanı Təmizlik layihəsi, AQİSA-nın tərəfdaşlığı və idarə heyəti sədrinin iştirakı ilə baş tutub.
10/1/20241 min read
Sahilyanı Təmizlik layihəsi, AQİSA-nın tərəfdaşlığı və idarə heyəti sədrinin iştirakı ilə baş tutub. “Xəzəri Qoruyaq!” şüarı altında təşkil edilən ekoloji aksiya, 1986-cı ildən etibarən qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində bütün dünyada həyata keçirilir. Bu gün, 100-dən çox ölkədə qeyd olunur.
Azərbaycanda 15 ildir ki, su hövzələrinin sahillərinin tullantılardan təmizlənməsinə yönələn irimiqyaslı beynəlxalq könüllü hərəkatında iştirak edilir. Bu çərçivədə, Xəzər dənizinin çimərliklərinin 89 hektardan çox ərazisi təxminən 57 ton məişət tullantısından təmizlənib.
Layihənin əsas məqsədi ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin təşviqidir.
