Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Su Ehtiyatlarının Qorunması və Effektiv İdarə Edilməsi Üçün Konfrans baş tutdu
11/28/20241 min read
HLKT Engineering and Construction şirkətinin təşkilatçılığı və MÜSİAD Azərbaycanın tərəfdaşlığı ilə keçirilən “Su ehtiyatlarının ekoloji normalar çərçivəsində təmizlənməsi, qorunması və onlardan səmərəli istifadə edilməsi” mövzusunda konfransda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin Sədri iştirak etmişdir.
Konfransın əsas məqsədlərindən biri neft-kimya, ağır sənaye, dağ-mədən sənayesi və iri şəhərlərin çirkab sularının idarə edilməsi sahəsində ekoloji normaların qorunması və su ehtiyatlarının səmərəli istifadəsi üçün yenilikçi yanaşmaları müzakirə etmək idi.
"Su Həyatdır" şüarı altında keçirilən konfrans, su ehtiyatlarının effektiv idarə edilməsi, ekoloji məsuliyyətin artırılması və təbii sərvətlərin qorunması sahəsində iştirakçıları daha məsuliyyətli davranmağa təşviq etmişdir. Tədbirdə dövlət rəsmiləri, alimlər, iş adamları və beynəlxalq ekspertlər bir araya gələrək su ehtiyatlarının ekoloji normalara uyğun təmizlənməsi və qorunması mövzusunda müzakirələr aparmışlar.