Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
“Summer Breakfast Networking” Tədbiri: Böyük Britaniya Universitetlərinin Məzunları ilə Şəbəkələşmə İmkanları
6/30/20241 min read
29 İyun tarixində Qlazqo Universitetinin Azərbaycan Məzunları Assosiyasiyasının (UGAAA) təşkilatçılığı, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) dəstəyi və üzvümüz olan Herba Flora-nın məhsul sponsorluğu ilə 10-dan çox Böyük Britaniya universitetinin məzunlarının iştirakı ilə “Summer Breakfast Networking” tədbiri baş tutmuşdur. Tədbirdə AQİSA İdarə Heyətinin sədri də iştirak etmişdir.
Tədbir zamanı qonaqlar icmanın əhəmiyyəti, əməkdaşlığın önəmi və digər mövzular üzrə müzakirələr aparıblar. Səhər yeməyi ətrafında aparılan müzakirələrdə müxtəlif sənayelərdə fəaliyyət göstərən rəhbərlər, ekspertlər və sahibkarlar iştirak etmişlər.
AQİSA olaraq, əməkdaşlıqların yaradılması və inkişafına hər zaman öz töhfəmizi verməyə davam edəcəyik.