Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Türkiyənin Azərbaycandakı Səfirliyi 31 Mart Tarixində İftar Süfrəsi Təşkil Etdi: Səfir Cahit Bağçı Ramazan Ayının Mahiyyətindən Danışdı, Azərbaycanlıların Soyqırımının İldönümündə Şəhidlərimizə Rəhmət Dilədi və Sülh Arzuladı
4/3/20241 min read
31 Mart tarixində Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən iftar süfrəsi təşkil olunmuşdur.
Açılış nitqində səfir Cahit Bağçı iftar süfrəsinə təşrif gətirənləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb və Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını arzulayıb.
Azərbaycanlıların soyqırımının 104-cü ildönümündə Allahdan bütün şəhidlərimizə rəhmət diləyən səfir Cahit Bağçı bildirib ki, müharibələr dünyamızın ən böyük bəlasıdır. O, bu müqəddəs ayda münaqişələrin bitməsini və dünyamıza əbədi sülhün qismət olmasını arzulayıb.
İftar süfrəsində rəsmilər, AQİSA idarə heyətinin sədri və üzvləri, Azərbaycanın din və ictimai xadimləri, qazilər və şəhid ailələri iştirak etmişdirlər.