Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
"Volt Azərbaycan" MMC ilə bağlı KOB Evində görüş keçirilib
8/23/20231 min read
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və agentlik yanında İctimai Şuranın üzvü olaraq Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, son günlər “Volt Azərbaycan” MMC ilə bağlı yaranmış vəziyyətə dair şirkət rəhbərliyi ilə KOB Evində görüş keçirib. Görüşdə, şirkətlə bağlı yaranmış vəziyyətə dair fikir mübadiləsi aparılıb və məsələyə dair şirkət rəhbərliyinin fikirləri dinlənilib.
Qeyd edilib ki, KOBİA mandatına uyğun olaraq daim sahibkarların yanındadır və onların qanuni maraqlarının müdafiəsi üçün səlahiyyətləri çərçivəsində biznes subyektlərinə dəstək göstərir.
Mövcud vəziyyətlə bağlı KOBİA, şirkətin qanuni maraqlarının qorunmasına və yaranmış vəziyyətin həllinə dəstək olmağa hazırdır.
Eyni zamanda, istehlakçıların hüquqlarının və sağlamlıqlarının qorunması, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin maraqlarının təmin olunması məsələlərinin də diqqətdə saxlanılması şirkət rəhbərliyinə bildirilib.