Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Woman Bazaar" Festivalında Sahibkar Qadınlara Dəstək: AQİSA İdarə Heyəti Festivalda İştirak Etdi

10/18/20231 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasınında dəstək olduğu “Woman Bazaar” festivalında AQİSA idarə heyəti olaraq iştirak edilib. Festival 14-15 oktyabr tarixlərində keçirilib.

Festival çərçivəsində qida sənayesində sahibkar xanımların fəalliyəti və məhsulları ilə tanış olunub. Tədbirdə onların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, sənayenin inkişafı üçün atılacaq addımlar müzakirə edilib.

Multidisiplinar festival avqust-oktyabr aylarını əhatə edib. Festivalın əsas məqsədi həssas qrupu - valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək və mövcud fəaliyyətlərin davamlılığını təmin etmək üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

Ümumilikdə festivalda 80 həssas qrupa mənsub sahibkar qadına həm bizneslərini professional şəkildə inkişaf etdirmək, həm də 2000 nəfər alıcı kütləsinin iştirakı ilə keçirilən satış sərgisində məhsullarını satmaq imkanı yaradılıb.