Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası idarə heyətinin üzvləri və Azərsun Holdinqin Baş İcraçı Direktoru Savaş Uzan arasında görüş baş tutdu

10/25/20241 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası idarə heyətinin üzvləri və Azərsun Holdinqin Baş İcraçı Direktoru Savaş Uzan arasında görüş baş tutdu. Görüşdə sənayenin cari vəziyyəti, gələcək inkişaf istiqamətləri, investisiya imkanları, ixrac potensialı və yerli istehsalın gücləndirilməsi mövzularında geniş müzakirələr aparıldı. Əsas məqsəd, qida və içki sektorunda fəaliyyət göstərən şirkətlər üçün strateji əməkdaşlıq və dəstək mexanizmlərini təkmilləşdirmək idi.

COP29 çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olundu və yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyi və davamlı istehsal sahələrində potensial imkanlar araşdırıldı. Tərəflər, davamlı və ekoloji cəhətdən məsuliyyətli iqtisadiyyatın yaradılmasına dəstək verərək qlobal səviyyədə yaşıl dünyaya töhfə verə biləcək layihələrin əhəmiyyətini vurğuladılar.

Bundan əlavə, Azərsun və AQİSA arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması, sənaye sahəsində təcrübə və bilik mübadiləsi, eləcə də yerli bazarda qarşılıqlı dəstəyin göstərilməsi üçün mümkün addımlar dəyərləndirildi. İclasda tərəflər, əməkdaşlıq vasitəsilə həm daxili bazarın, həm də xarici bazarlarda Azərbaycanın qida və içki sektorunun rəqabət qabiliyyətini artırmağı hədəflədiklərini ifadə etdilər.

Səmimi və konstruktiv bir ortamda keçən görüşə görə AQİSA olaraq Savaş bəyə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu görüş yeni əməkdaşlıq imkanlarının təməlini qoyacaq və Azərbaycan sənayesinin inkişafına böyük töhfələr verəcək.