Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Biz kimik
Missiyamız
Qida və (alkoqolsuz) içki sənayesində fəaliyyət göstərən tərəflər üçün qəbul edilmiş standartlar çərçivəsində; sağlamlıq, keyfiyyət, etimad, rəqabət və davamlılıq üçün tərəfdaşlıq. Sənayedə təkmilləşdirmə sahələrini müəyyən etmək və davamlı inkişafına dəstək vermək.
Vizyonumuz
Azərbaycan Qida və İçki sektorunda istehlakçıların razı qalacağı, müəyyən olunmuş yerli və xarici hədəfbazarların tələblərinə uyğun istehsal və xidmət göstərmək, habelə sənayenin maraqlarının müdafiə olunması, markalaşması və xarici bazarlara çıxışı və ümumi inkişafına dəstək vermək.
Haqqımızda
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Azərbaycanda qida və içki sənayesində fəaliyyət göstərən, dinamik və sahibkarlar tərəfindən idarə olunan bu təşkilat, sahibkarların maraqlarını qorumağa və sənayenin inkişafına nail olmağa həsr olunmuşdur.
Aparıcı sənaye birliyi olaraq, AQİSA ölkə daxilində qida və içki sənayeçilərinin, istehsalçılarının, horeca-ların, pərakəndəçilərin, idxal və ixracatçıların kollektiv səsini təmsil edir. Missiyamız Azərbaycanın iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını, innovasiyaları və davamlı inkişafı təşviq etməkdir.
AQİSA, “Tüm Restoranlar və Turizmcilər Dərnəyi”nin (TÜRES) Azərbaycan nümayəndəsi, Azərbaycan Texnologiya Universitetində Himayədarlar Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyində İctimai şuraların üzvüdür. AQİSA, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi dəstəkçisidir.
Dəyərlərimiz
Vətənə xidmət, Ədalətlilik, Şəffaflıq, Yenilikçilik, Dürüstlük, Etibarlılıq.