Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri və MÜSİAD Azərbaycan İdarə Heyətinin Sədri, MÜSİAD-Stuttgart üzvləri ilə Almaniyada bir araya gəldilər
10/21/20241 min read


Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri və MÜSİAD Azərbaycan İdarə Heyətinin Sədri, MÜSİAD-Stuttgart üzvləri ilə Almaniyada bir araya gəldilər.
Görüş zamanı Azərbaycandakı investisiya imkanları, münbit ticari-iqtisadi mühit haqqında məlumat verildi, “Azərbaycana gəlmək üçün #101Neden” başlıqlı təqdimat paylaşılmışdır.
Görüşdə 2025-ci ilin ilk rübündə MÜSİAD Stuttgart üzvlərindən ibarət heyətin Azərbaycana işgüzar səfər etməsi qərara alındı.
Qonaqpərvərliklərinə və dəstəklərinə görə başda Duran Tok bəy olmaqla, bütün MÜSİAD-Stuttgart şöbəsinin üzvlərinə təşəkkürümüzü bildiririk.



