Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

“Bakı KOB evi”ndə Ramazan Ayı Münasibətilə İftar Süfrəsi Təşkil Olundu: Türkiyənin Səfiri Cahit Bağcı və KOBİA İdarə Heyətinin Sədri Orxan Məmmədov çıxış etdilər.

4/9/20241 min read

8 Aprel tarixində Ramazan ayı münasibətilə “Bakı KOB evi”ndə Agentlik tərəfindən iftar süfrəsi təşkil olunmuşdur.

Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış etmişlər. Onlar çıxışlarında hər kəsi Ramazan bayramı münasibətilə təbrik etmiş və bu müqəddəs ayın mahiyyətindən bəhs etmişlər.

İftar süfrəsində dövlət rəsmiləri, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri, KOBİA yanında İctimai Şuranın digər üzvləri, müxtəlif assosiasiya nümayəndələri və sahibkarlar iştirak etmişdir.