Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin iqtisadi forumu keçirilib.

9/30/20241 min read

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin iqtisadi forumu keçirilib. Forumda yerli şirkətlərin nümayəndələri, körfəz ölkələrindən qonaqlar, biznes assosiasiyalarının rəhbərləri və AQİSA idarə heyətinin nümayəndələri iştirak edib.

Forumda Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar, KƏŞ ölkələrinin biznes dairələrinin məlumatlandırılması və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. İqtisadiyyat nazirinin müavini Anar Axundov, Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Məhəmməd bin Hassan Al Malki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibliyinin İqtisadiyyat və İnkişaf Məsələləri üzrə köməkçisi Xalid Bin Əli Əl Sunaidi, KƏŞ Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas, aidiyyəti qurumların rəhbərləri və sahibkarlar forumda iştirak ediblər.

Forumda təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinə də diqqət çəkilib.